12px13px15px17px
Tarix:21/09/11

“Azərcell”dən daha artıq internet trafiki hədiyyə

“Azərcell”in "NLT Telekom" ilə birgə keçirdiyi kampaniyaya dəyişiklik edilib. İndi kompyuter alan tələbələrə daha artıq internet trafiki hədiyyə olunur.

“Azərcell”dən verilən məlumata görə, bu il martın 10-dan etibarən keçirilən kampaniya çərçivəsində "NLT Telekom" şirkətindən portativ kompyuter (noutbuk, netbuk) əldə etmiş abonentə əlavə olaraq “Azərcell Datakart”, “Azərcell” fakturalı xətt nömrəsi və 300 MB həcmdə GPRS data trafikindən pulsuz istifadə imkanı verilirdi.

İndi isə kampaniyanın şərtləri daha sərfəli və cəlbedici olub. Belə ki, "NLT Telekom"dan kompyuter alan tələbəyə “Datakart” və nömrə ilə yanaşı, hər faktura dövrü üzrə pulsuz 500MB həcmində GPRS data trafiki (ümumilikdə 12 faktura dövrü üçün) hədiyyə olunur.

Əgər abonent hər faktura dövrü ərzində hədiyyə verilən 500 MB-lıq GPRS data trafikdən artıq işlədərsə, onda istifadə olunan hər 1 MB üçün 0,03AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq edilir. Bu kampaniyada 249 63 00 - 249 72 99 nömrələri iştirak edir.



Baxış sayı: 1260

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024