12px13px15px17px
Tarix:28/09/11

Yerli İT şirkəti İstanbul sərgisində ən müasir texnologiyaları təqdim edəcək

6-9 oktyabr 2011-ci il tarixində Türkiyənin İstanbul şəhərində "CeBİT -Eurasia İnformation" sərgi-konfransı keçiriləcək. Sərgi-konfransda Azərbaycan Respublikası adından rəsmi təmsilçi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Sərgidə hökumət qurumları ilə yanaşı, özəl qurumların da nümayəndələri təmsil olunacaqlar.

“SMART SYSTEMS TECHNOLOGY” şirkətindən verilən məlumata görə, onlar Azərbaycanın layiqli şəkildə təmsil olunması üçün öz töhfələrini verərək ən müasir texnologiyaları təqdim edəcək.

Bundan başqa Azərbaycanın özəl sektorunun təmsilçisi fəaliyyət istiqamətinə uyğun olaraq xarici şirkətlərlə tanışlıq və yeni biznes münasibətlərinin qurulması perspektivini də qarşıya hədəf qoyub.

Proqram Təminatı və Kommunikasiya Texnologiyaları sahəsində beynəlxalq təcrübə ilə tanış olmaqla yanaşı, şirkət proqram təminatı məhsullarının xarici bazara çıxarılması istiqamətində biznes münasibətlərini genişləndirməyi planlaşdırır.



Baxış sayı: 1573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024