12px13px15px17px
Tarix:17/03/17

“Poçtap” xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi

"Azərpoçt" MMC tərəfindən istifadəyə verilmiş "Poçtap" xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirmisinizsə, onu tapmaq üçün "Elektron hökumət" portalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısındakı "POÇTAP - itirilmiş sənədlərin axtarışı" xidmətindən istifadə edə bilərsiniz. Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.
 
poctap.png



























Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN  xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökümət" portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.




Baxış sayı: 21

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2018

25/05/18
Orta büdcəli smartfonları qabaqcıl imkanlarla təchiz edəcək prosessor təqdim olunub

“Qualcomm” şirkəti yeni “Snapdragon 710” prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları 

25/05/18
“Wi-Fi” vəhşi təbiət üçün təhlükəlidir

Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur.

24 05 2018

24/05/18
“Startap günləri” davam edir

Növbəti “Startap günləri” cari il mayın 25-26-da Azərbaycan Dövlət İqtisad Universitetində

24/05/18
8 il ardıcıl olaraq dünyanın ən bahalı brendi adına layiq görülən şirkət hansıdır?

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə 

24/05/18
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb

“UCLA” komandası öncə zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə 

24/05/18
Ən böyük şəffaf elastik ekran nümayiş olunub

“LG Display” şirkəti ekranlar sənayesinin inkişafını davam etdirərək “Society for Information 

24/05/18
Ən kompakt oyun noutbuku nümayiş olunub

“Razer” şirkəti yeni “Razer Blade” oyun noutbukunu təqdim edib. İstehsalçı onu dünyanın ən kompakt 

24/05/18
“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib

“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib. Bu boşluğu aradan qaldırmaq 

24/05/18
Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. “iPhone 7 Plus” 

24/05/18
Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq

Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından 

24/05/18
Kompüter virusu 500 min qurğuya hücum edib

ABŞ-ın “Cisco Systems” şirkəti dünyanın 50-dən çox ölkəsində təxminən 500 min kompüter qurğusunun