12px13px15px17px
Tarix:03/04/17

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində "Open Innovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçiriləcək.


Bu tur artıq 4 ildir keçirilir, Rusiya,  eləcə də, MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılıb . Tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

 

Tədbirdə Rusiyadan "Skolkovo" texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edəcək . Startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək . Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. Həmçinin, xarici layihələrin Azərbaycan bazarına tanıtımını təmin etmək məqsədilə tədbir çərçivəsində "Demo Günlər"in keçirilməsi planlaşdırılır.  

 

Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platformadır.

 

Tədbirdə iştirak üçün aprelin 10-dək https://startup-tour.ru/register/ru ünvanında qeydiyyatdan keçilməlidir. Müsabiqədə iştirak etmək istəyən startapçılar https://startup-tour.ru/ru/page/competition ünvanında qeydiyyatdan keçərək "Mən müsabiqədə iştirak etmək istəyirəm" seçimini edib, ərizə formasını dolduraraq şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidirlər. 

 

Müsabiqədə 1-ci yeri tutan qalib mükafatla yanaşı, "Skolkovo" Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün "Startup Village" startap-konfransında iştirak hüququ əldə edəcək, 2 və 3-cü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcəklər.

 

Qeydiyyat üçün son gün – 10 aprel 2017-ci ildir.

 

Tədbir roud-şou formatında Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) keçiriləcək . 

 

Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiyanın "Skolkovo" Texnoparkı, Vəsaitlərin İnkişafı Dövlət Fondu (RVK), Rusiya və Şərqi Avropada nəhəng startap akseleratoru olan "GenerationS" layihəsi, İnnovasiyaların Təşviqetmə Fondu (Фонд содействия инновациям) və Rusiyada yüksək texnologiyalar , nanotexnologiya sənayesi üzrə layihələrin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən " RosNano" ASC-dir.

 

Partnyorlar və sponsor qismində "Tatneft", "SAP", " AlRosa", "Kaspersky lab", "I ntel", "Astrazeneca" şirkətləri çıxış edir.

 

Tədbirlə bağlı məlumatlar mütəmadi olaraq https://startup-tour.ru saytında yerləşdiriləcək. 





Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2017

11 12 2017

11/12/17
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

“LG Electronics” şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya 

11/12/17
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

11/12/17
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala 

11/12/17
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. 

11/12/17
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. 

11/12/17
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təkl

11/12/17
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların haz

11/12/17
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər.