12px13px15px17px
Tarix:11/04/17

“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşdi

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Bunun üçün vergi ödəyicisi  onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.

Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:

Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır.  Qeyd edək ki, həmin proqramları http://www.e-imza.azhttp://www.asanimza.az saytlarından yükləmək olar.

 Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.

Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

İSTİFADƏÇİ TƏLİMATI  

LAZIMLI PROQRAMLAR  

Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları 




Baxış sayı: 408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2017

22 08 2017

22/08/17
“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib

“Facebook” sosial şəbəkəsi “Safety Check” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsil

22/08/17
“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub

“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı

22/08/17
Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib

“SyncCrypt” adlı yeni şifrləyici troyan kompüterləri yoluxdurmaq üçün qrafik fayllardan istifadə edir; zərərli proqr

22/08/17
Alimlər yeni ekranın köməyi ilə smartfona müdaxilə üsulunu tapıblar

Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara 

22/08/17
Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə 

22/08/17
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

“Google” şirkəti “Android 8.0 Oreo” mobil əməliyyat sistemini təqdim edib. Şirkətin bloqunda yazılıb ki, yeni