12px13px15px17px
Tarix:11/10/11

İlk gün ərzində 1 milyondan çox “iPhone 4S” smartfonu sifariş edilib

“iPhone” smartfonunun beşinci versiyasına jurnalistlərin şübhəli yanaşmalarına baxmayaraq, smartfon ilkin sifarişlər üzrə rekord vurub.

Birinci gün ərzində alıcılar “iPhone 4S” smartfonunun 1 milyondan çox nüsxəsini sifariş ediblər. Əvvəlki rekord “iPhone 4” smartfonuna aid olub, belə ki, birinci gün ərzində sifarişlər 600 min təşkil edib.

“iPhone 4S” smartfonu mağaza və Amerika operatorlarının salonlarına cümə günü, oktyabr ayının 14-də çıxarılacaq.



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020