12px13px15px17px
Tarix:27/10/17

Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə tamamlanır

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işlər davam etdirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulması işlərini aparır.

Genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün Xaçmazda həyata keçirilən pilot layihə tamamlanmaq üzrədir. Reallaşdırılan irimiqyaslı layihə nəticəsində sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədi ilə bütün rayon ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəz edilib. 

Müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün şəbəkənin modernləşdirilməsi istiqamətində lazımi işlər artıq tamamlanıb.

Elektron ATS-lər müasir Multi-Servis Access Node (Çox-Xidmətli Qoşulma Avadanlığı) tipli avadanlıqlarla əvəz edilib. Quraşdırılmadan sonra şəbəkədə montaj tutumu 30%-dən çox artaraq, əlavə 2 dəfədən çox müştərilərə internet xidmətlərindən yararlanmağa imkan yaradılıb.

Hazırda yeni quraşdırılmış ONU avadanlıqlarının daxili xətt şəbəkələrində tikinti genişləndirmə işləri aparılır. Xaçmaz və Xudat ərazisində yerləşən yeni 8 yaşayış məntəqəsinə ilk telekommunikasiya xətləri çəkilib. Bu ərazilərdə 600-dən çox dirək basdırılıb, ümumilikdə 40 km-dək kabel çəkilib. İşlər başa çatdırıldıqdan sonra əlavə 1500-ə yaxın abonentin telefon və yüksək sürətli internet xidmətinə olan tələbatının ödənilməsinə imkan yaradılacaq.

Layihə ilə bağlı “Aztelekom” MMC-nin Marketinq şöbəsinin rəisi Emin Quliyev bildirib ki, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin və çeşidinin artırılması üçün “Aztelekom” tərəfindən yeni texnologiyalar tətbiq edilir, rabitə şəbəkəsi yenidən qurularaq müasirləşdirilir. “Xaçmazda görülən kompleks işlər nəticəsində müasir avadanlıqların quraşdırılması ilə müştəriyə qədər olan məsafə azaldılmışdır. Bu da yüksək sürət və keyfiyyəti təmin etməyə, gələcəkdə isə digər multimedia xidmətlərin də göstərilməsinə imkan yaradır. Həyata keçirilən layihə regionlarda geniş zolaqlı internet xidmətlərin inkişafı tədbirlər planının bir hissəsidir. Bundan başqa, Xaçmazdakı internet müştərilərimizin rahatlığı üçün pilot layihə olaraq öncədən ödəniş və gündəlik hesablaşma ödəniş sistemi tətbiq edilib. Əhatə dairəsinə gəldikdə isə -  genişləndirmə işləri nəticəsində əlavə 8 məntəqə xidmət ərazimizə əlavə olunub”.












Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2017

17 11 2017

17/11/17
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil 

17/11/17
Yol patrul dronu konsepsiyası hazırlanıb

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone

17/11/17
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər 

17/11/17
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində 

17/11/17
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq

“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xə

17/11/17
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib

“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz 

17/11/17
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir

“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu