12px13px15px17px
Tarix:20/10/11

Bakcell Azerfon-la şəbəkələrarası MMS xidmətini təqdim edir

Azərbaycanın mobil operatoru Bakcell şirkəti abunəçilərinin daha yaxından ünsiyyət qura bilməsi üçün yeni imkanlar təqdim edir. Həyatlarının yaddaqalan anlarını dostları və yaxınları ilə bölüşmək istəyən Bakcell abunəçiləri oktyabrın 19-dan başlayaraq Azerfon-Vodafone və Nar Mobile abunəçilərinə MMS göndərə və onlardan MMS qəbul edə biləcəklər.

Şirkətdən verilən məlumata görə, telefonunda MMS xidmətini aktivləşdirən Bakcell abunəçilərinin digər mobil operatorun abunəçilərinə göndərdikləri bir MMS-in qiyməti cəmi 0,08 manat təşkil edəcək.

Bakcell və Azerfon-Vodafone abunəçiləri arasında MMS xidmətindən yararlanın və həyatınızın ən gözəl anlarını yaxınlarınızla bölüşün!

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçünwww.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.



Baxış sayı: 1136

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024