12px13px15px17px
Tarix:30/03/18

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
 
Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
 
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.












Baxış sayı: 319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Aprel 2020

08 04 2020

08/04/20
Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunda lider mövqeyində qərarlaşıb.  

08/04/20
“Microsoft” dünyada ən təhlükəli domeni satın alıb

“Microsoft” şirkəti dünyada ən təhlükəli hesab edilən “corp.com” domenini satın alıb. “Windows” əm

08/04/20
“OnMail” xidməti elektron poçt qutularının əsas problemini həll edəcək

Messencerlərin populyarlaşmasına baxmayaraq, elektron poçt xidmətləri əvvəlki kimi əsas internet ünsiyyət

08/04/20
Koronavirus pandemiyasına görə “Computex” sərgisi təxirə salınıb

Rəqəmli texnologiyalar dünyasında növbəti populyar illik sərgi koronavirus pandemiyasına görə təxirə salınıb.

08/04/20
“Samsung Galaxy S7” və “Galaxy S7 Edge” üçün proqram yeniləmələrinin buraxılışı dayandırılıb

“Samsung” şirkəti 2016-cı ilin qabaqcıl smartfonları “Galaxy S7” və “Galaxy S7 Edge” üçün p

08/04/20
“Microsoft” ilk tətbiqi kvant kompüter yaradan startapa investisiya qoyub

“Microsoft” şirkəti bir neçə ildir kvant kompüterlər üzərində çalışır. Ötən il şirkət kvant hesablamala

08/04/20
Elastik “Samsung Galaxy Z Flip” smartfonunun “5G” versiyası buraxılacaq

Elastik ekranla təchiz edilən innovativ “Samsung Galaxy Z Flip” smartfonunun hazırkı versiyası yalnız “4G

08/04/20
“Microsoft” 2021-ci ilin iyulunadək bütün tədbirləri onlayn rejimdə keçirəcək

Koronavirus pandemiyası texnologiya şirkətlərini 2020-ci ilin yaz və yay aylarına planlaşdırılmış ictimai

08/04/20
Çin ilk dəfə patent müraciətlərinin sayına görə ABŞ-ı ötüb

Çin tarixdə ilk dəfə olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına verilmiş beynəlxalq patent müraciətlərin

08/04/20
Pandemiya dövründə ən populyar haker hücumları məlum olub

“Trend Micro Incorporated” şirkəti koronavirus (COVID-19) pandemiyası dövründə kibertəhlükələr haqqında y