12px13px15px17px
Tarix:13/04/18

Nazir Ramin Quluzadə “Microsoft” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə Baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları salamlayan nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
 
Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
 
Nazir son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.
 
Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.
 
Eyni zamanda görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.





Baxış sayı: 94

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyul 2018

17/07/18
Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçü

17/07/18
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq

17/07/18
Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq

16 07 2018

16/07/18
“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını 

16/07/18
“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və 

16/07/18
Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma 

16/07/18
“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

16/07/18
Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb

Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta 

16/07/18
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq 

16/07/18
Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə 

16/07/18
Sərnişin multikopteri nümayiş olunub

ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını