12px13px15px17px
Tarix:14/06/18

BMT-də Azərbaycanın sədrliyi ilə Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun hesabatı təqdim olunub

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən təşkil olunan Ticarət və İnkişaf üzrə Şurasının 65-ci sessiyası çərçivəsində Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun hesabatı təqdim edilib.
 
ABŞ, Braziliya, Pakistan, Kuba, Hindistan və digər ölkələrin nümayəndələri çıxışlarında Azərbaycanın sədrliyi ilə ekspert qrupunun işini yüksək qiymətləndirib və bu qrupun işinin BMT-nin Baş katibinin müavini Əminə Məhəmməd tərəfindən xüsusilə qeyd olunduğunu vurğulayıb.
 
Ekspert qrupunun əsas məqsədi rəqəmsal iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron kommersiyanın imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır. Ekspert qrupunun iclasında inkişaf etməkdə olan ölkələrdə yerli platformaların ölkədaxili və transsərhəd elektron kommersiya üçün dəstəklənməsi, kiçik və orta sahibkarların elektron ticarət sahəsində fəaliyyətlərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin beynəlxalq elektron ticarət platformaları ilə bağlı üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları kimi mövzular müzakirə edilib.
 
İclasın yekunu olaraq inkişaf etməkdə olan ölkələrdə yerli və transsərhəd elektron kommersiyanın inkişaf mənfəətlərinin təşviq edilməsi üzrə tövsiyələr qəbul edilib.
 
Qeyd edək ki, cari ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov ekspert qrupunun sədri seçilib.




Baxış sayı: 2130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar