12px13px15px17px
Tarix:29/11/11

“Google” Avropadan “Motorola Mobility”-i satın almasını daha tez təsdiqləməyi xahiş edib

“Google” internet-şirkəti “Motorola Mobility” şirkətini satın alması sazişinin təsdiq edilməsi ilə bağlı qərarın qəbul edilməsinin sürətləndirilməsi haqqında Avropa Komissiyasına xahişlə müraciət edib. Lakin, çətin ki, Brüssel yanvar ayından tez qərar çıxardacaq, müstəqil ekspertlər bildiriblər.

 

Avropa Birliyinin rəsmi saytında dərc edilmiş məlumatlara əsasən, “Google” şirkəti cümə günü “Motorola Mobility”-ni satın alması haqqında sənədləri verib. Buna cavab olaraq Avropa Komissiyasının nümayəndələri yaxın bir neçə həftədə “Google” şirkətinin xahişinə baxmağa və 2012-ci il yanvar ayının 10-na kimi qərar çıxartmağa söz veriblər.

 

Qeyd edək ki, “Google” şirkəti bu il 12,5 milyard dollara “Motorola Mobility” şirkətini satın aldığını elan edib. Avropa Birliyindən savayı internet-nəhəng sazişin təsdiqlənməsi üçün, həmçinin, Amerika antiinhisarçılarından icazə almalıdır.





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020