12px13px15px17px
Tarix:01/12/11

“Nokia N8” smartfonunda tammetrajlı film çəkiblər (VİDEO)

ABŞ-da “Nokia N8” smartfonundakı 35 mm-lik obyektiv ilə çəkilmiş film yaradıblar,- “PCWorld” yazıb. “Olive” filminin rejissoru Xuman Xəlili iddia edir ki, bu, dünyada smartfon vasitəsilə çəkilmiş ilk tammetrajlı lentdir.

 

Hal-hazırda rejissor “Olive” filminin ABŞ ərazisində göstərilməsi üçün 300 min dollar toplayır. Bundan əlavə Xuman Xəlili filmi "Oskar" mükafatına nominant kimi göstərmək niyyətindədir. Filmdə hadisələrin mərkəzində dinməz qız dayanır. O, üç personajın həyatını yaxşı tərəfə dəyişdirir.

 

Filmdə 2 dəfə "Qızıl qlobus" kino mükafatının sahibəsi, məşhur aktrisa Cina Roulends, həmçinin “Facebook” banisinin böyük bacısı Rendi Sukerberq çəkiliblər.

 





Baxış sayı: 1203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024