12px13px15px17px
Tarix:17/05/20

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
 
Bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə bağlıdır.
 
Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.
 
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu "Transformasiya 2030: Davamlı İnkişaf Məqsədləri üçün İKT" təşkil edir. Mövzu iqtisadi, ekoloji və sosial dayanıqlığı inkişaf etdirmək üçün İKT ilə əlaqəli həll yollarına və yaranan meyillərə diqqət yönəltməyə hədəflənib.
 
Qlobal informasiya cəmiyyətinin iştirakçısına çevrilmiş ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı", Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bu sənədlərə uyğun olaraq, ölkədə İKT infrastrukturu və xidmətlərinin genişləndirilməsi, yüksək texnologiyalar sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Eyni zamanda, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da görülən tədbirlər sırasında yer alır.
 
Görülmüş işlər nəticəsində ölkədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib.
 
Ölkədə internetə çıxış üçün simli, simsiz, mobil texnologiyalar tətbiq edilir. Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması üçün "Evlərə optika" layihəsi" həyata keçirilir. "İctimai Wi-Fi" layihəsi çərçivəsində Bakı şəhərinin ictimai yerlərində internet xidmətinə ödənişsiz çıxış təmin edilib. Provayderlər və mobil operatorlar təhlükəsiz internet xidməti verirlər.
 
Elektron imzanın tətbiqi genişləndirilir, davamlı olaraq e-imza istifadəçilərinin sayı artır.
Ölkəmizdə elektron ticarətin inkişafı üçün addımlar atılır. Elektron ticarət platformalarına minimal təhlükəsizlik tələbləri müəyyənləşdirilib. Artıq iki ildir ki, beynəlxalq ekspertlərin iştirakı ilə Bakı Elektron Ticarət Forumu keçirilir. Forum çərçivəsində daxili bazarda elektron ticarətin payının artırılması istiqamətində müzakirələr aparılır, tövsiyələr verilir.
 
Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi, gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün təlimlər, kurslar, müxtəlif konfranslar, forumlar, seminarlar, "dəyirmi masa"lar, sərgilər, müsabiqə, viktorina, olimpiada tədbirləri keçirilir, kütləvi informasiya vasitələri (KİV) vasitəsi ilə təbliğat-təşviqat işləri aparılır.
 
Hər il ali məktəb tələbələri arasında informatika üzrə olimpiada, beynəlxalq "İKT-də qızlar", "Təhlükəsiz internet" günləri çərçivəsində tədbirlər təşkil olunur.
 
Milli kontentin inkişafı ilə bağlı "NETTY" müsabiqəsinə, "Mən Azərbaycanlıyam" bilik yarışmasına dəstək verilir.
 
Sözsüz ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı ilə bağlı görülmüş işlər sadalananlarla məhdudlaşmır, çoxşaxəli fəaliyyət uğurla davam etdirilir.




Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.