12px13px15px17px
Tarix:16/02/12

“Cisco” korporasiyası Avropa İttifaqının qərarına qarşı etirazını bildirib

Şəbəkə avadanlığı istehsalçısı “Cisco Systems” Avropa Komissiyasının 2011-ci ilin ortasında “Skype” internet-şirkətinin “Microsoft” korporasiyası tərəfindən 8.5 milyard dollara satın alınması sazişinin bəyənilməsi ilə bağlı qəbul etdiyi qərarının şərtlərini təkrar yoxlamaq xahişilə Avropa Məhkəməsinə müraciət edib.

"Cisco” korporasiyası sazişə qarşı etiraz etmir, lakin hesab edir ki, Avropa İttifaqı bir korporasiyanın videokommunikasiya sahəsində nəzarəti ələ keçirəcəyini nəzərə alıb, sazişin şərtlərini daha da sərtləşdirməli, müxtəlif texnologiyaların proqramlararası qarşılıqlı təsirini təmin edəcək uyğunlaşma şərtlərini irəli sürməlidir" - şirkətdən qeyd edilib.

Məlumat üçün qeyd edim ki, “Microsoft” korporasiyası “Skype” internet-şirkətini 8,5 milyard dollar dəyərinə satın alması sazişini 2010-cu ilin may ayında imzalayıb. ABŞ-ın antiinhisar orqanları sazişi iyun ayında təsdiq edib.

Avropa Komissiyası isə sazişi oktyabr ayında təsdiq edib və bildirib ki, bazarda digər “oyunçu”ların mövcudluğu ilə əlaqədar rəqabət üçün heç bir maneə görmür.

“Skype” internet-şirkətinin əsası 2003-cü ildə qoyulub. Hazırda “Skype” xidmətində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 500 milyonu ötür, xidmətin aylıq auditoriyası isə 170 milyon istifadəçini ötüb. 2011-ci ilin mart ayında xidmətdən eyni anda 30 milyona qədər insan istifadə edib.



EMİL
 




Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020