12px13px15px17px
Tarix:18/02/12

“Azərfon” telefon haqları region poçt şöbələrində də qəbul olunacaq

Regionlarda poçt şöbələrində "Azərfon" telefon haqları qəbul olunacaq. Bu barədə "ictnews" elektron xəbər xidmətinə "Azərpoçt"MMC-dən verilən məlumatda bildirilir. Bütün poçt şöbələrində xidmətin təşkili üçün tərəflər arasında müqavilə hələ ötən il imzalansa da, texniki problemlər üzündən məsələ yalnız Bakı çərçivəsində həllini tapmışdır.

Artıq bu istiqamətdə irəliləyişlərə nail olunub və müəssisədən verilən məlumatda bildirilir ki, yaxın günlərdə bütün region poçt şöbələrində adıçəkilən mobil operatorun telefon haqları qəbul ediləcək.

  Xatırladaq ki, bir neçə il əvvəl "Azercell" və "Bakcell"MMC-lərin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.




Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020