12px13px15px17px
Tarix:13/11/17

“Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsi elan edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə "Bax, İstifadə et, Yarat!" adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi:
 
Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
 
Müsabiqənin şərtləri:
 
·        Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)
·        Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.
·        Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.
 
Müsabiqədə qiymətləndirmə meyarları:
Meyar Bal Əmsal
1 Sosial əhəmiyyət (S) 0-10 3
2 Funksionallıq (F) 0-10 2
3 Tamlıq (T) 0-10 2
4 Dizayn (D) 0-10 2
5 Məzmun (M) 0-10 2
 
 
Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM
Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.
 
Müsabiqənin mükafat fondu:
Ø 1-ci yer - 2000 AZN
Ø 2-ci yer - 1500 AZN
Ø 3-cü yer - 1000 AZN
 
Ø İştirakçı tələbələr  "Microsoft BizSpark" layihəsi çərçivəsində "Microsoft"un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.

Ø Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

Ø Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya "Elektron imza" sertifikatı təqdim ediləcək.
 
"Bax, İstifadə et, Yarat!" müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq data.gov.az portalındakı "Müsabiqə" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması "Bakutel 2017" sərgi çərçivəsində baş tutacaq.




Baxış sayı: 94

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2018

16/07/18
“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını 

16/07/18
“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və 

16/07/18
Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma 

16/07/18
“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

16/07/18
Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb

Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta 

16/07/18
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq 

16/07/18
Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə 

16/07/18
Sərnişin multikopteri nümayiş olunub

ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını

15 07 2018