12px13px15px17px
Tarix:25/05/18

“Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi” müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının (Aİ) birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çərçivəsində 25 may 2018-ci il tarixində beynəlxalq ekspertlərin iştirakı ilə "Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.

Tədbirdə NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafi şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək bildirib ki, Azərbaycanda milli açıq açar infrastrukturunun texniki və hüquqi bazasının təkmilləşdirilməsi və Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə belə görüşlərin keçirilməsi olduqca faydalıdır.

O, "Elektron imza", o cümlədən "ASAN imza" sertifikatlarının ölkələrarası qarşılıqlı tanınmasının təmin edilməsi və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq fərmanları olduğunu diqqətə çatdırıb. R.Əzizov bu istiqamətdə tapşırıq və tövsiyələrə uyğun olaraq zəruri işlərin görüldüyünü də qeyd edib.

NRYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov bildirib ki, Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının ekspertləri ilə yaradılan işçi qrupu tərəfindən elektron identifikasiya və etibarlı xidmətlər üzrə ölkəmizdə olan mövcud vəziyyət araşdırılıb və Avropa standartları nöqteyi-nəzərindən təhlil edilib.

O qeyd edib ki, ölkələrarası elektron imzaların qarşılıqlı tanınması üçün hüquqi və texniki bazanın təkmilləşdirilməsi vacib məsələlərdəndir.

"Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası üzrə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulub. Eyni zamanda, xarici ölkələrdə elektron imzanın qarşılıqlı tanınması məqsədilə 6 mart 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, artıq iki dövlət arasında elektron imzanın qarşılıqlı tanınması istiqamətində texniki işlərin aparılması üçün ekspertlər arasında dəyərləndirmə aparılır. Bir neçə ölkə ilə də danışıqlar davam etdirilir".

E.Əsədov, həmçinin qeyd edib ki, 2014-cü ildə, Avropa İttifaqının (Aİ) elektron imza qanunvericiliyi təkmilləşdirilərək eİDAS-lə (elektron identifikasiya və etibarlı xidmətlər) əvəzlənib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan "Elektron imza" qanunvericiliyi Avropa İttifaqının 1999-cu il tarixli direktivinə uyğundur və bu səbəbdən müvafiq sahə üzrə ölkəmizdə təkmilləşdirilmə işlərinin aparılmasına zərurət yaranıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi barədə məlumat verib. Avropa İttifaqı ekspertləri ilə əməkdaşlıq nəticəsində hazırlanan təkliflərin Avropa İttifaqının müvafiq standartlarına uyğunlaşdırılmasını sürətləndirəcəyini bildirib.
 
Daha sonra tədbir təqdimatlarla davam edib.
 
Avstriya Parlament Administrasiyasının İT şöbəsinin rəhbəri Piter Richsteder "eIDAS: Avropa İttifaqı səviyyəsində status-kvo və trendlər", Avstriya Elektron Hökumət İnnovasiya Mərkəzinin rəhbəri Arni Taubir "Mobil eID həlləri", Belçikanın "Transtec" şirkətinin layihə rəhbəri Olqa Dimain "Elektron imza üzrə milli qanunvericiliyin eIDAS ilə uyğunlaşdırılması – mövcud vəziyyət, inkişaf və perspektivlər" və "Şəxsi məlumatların qorunması üzrə Avropa İttifaqının yeni standartları", "Transtec" şirkətinin texniki eksperti Udo Linauer isə "eIDAS çərçivəsində etibarlı xidmətlər" mövzularında təqdimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışçılar bildiriblər ki, elektron xidmətlər üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq.

Bu səbəbdən ölkədə, bilavasitə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilən layihələr təqdirəlayiqdir və işin sürətləndirilməsinə xidmət edir.
 
Seminar müzakirələrlə davam edib.











Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq