Twitter

bu teq ilə bağlı 22 xəbər tapıldı

24/02/12 “Twitter” istifadəçilərinin sayı 500 milyona çatıb

“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Twitter” mikrobloqlar xidməti istifadəçilərinin sayı artıq 500 milyona çatıb. Lakin qeyd etmək lazımdır ki, qeydiyyatdan keçmiş hesabların heç də hamısı aktiv deyil. Statistikaya əsasən, hazırda aktiv istifadəçilərin sayı təxminən

21/02/12 "Twitter" mikrobloq servisin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır

"Twitter Inc." şirkəti "Twitter" mikrobloq servisinin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır. Bu barədə "Barkamp" təşkilatının layihə meneceri İlqar Mirzə məlumat verib. "Şirkət mikrobloqun bir neçə dilə tərcüməsini başa çatdırıb. Rəsmi relizdən sonra servisin Azərbaycan

15/02/12 “Twitter” xidməti trafikin şifrlənməsini bütün istifadəçilər üçün aktivləşdirib

Populyar “Twitter” mikrobloq xidməti “HTTPS” təhlükəsiz protokolunu bütün istifadəçilər üçün başlanğıc ayar kimi aktivləşdirib. Təhlükəsiz protokoldan istifadə edilməsi istifadəçilər tərəfindən ötürülən məlumatların təhlükəsizliyini təkmilləşdirməyə kömək edəcək.

03/02/12 "Twitter"də mesajların dörddə birini oxumamaq olar

Karneqi - Mellona Universiteti, Massaçusets Texniki İnstitutu və Corciya Texniki İnstitutunun əməkdaşları "Twitter" mikrobloqlar xidmətindəki mesajların məna yükünü qiymətləndiriblər. Statistikanın toplanılmas üçün xüsusi "Who Gives a Tweet?" (http://needle.csail.mit.edu/wgat/) saytı yaradılıb.

31/01/12 XİN-in “Twitter” səhifəsi yaradıldı

Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” (MFA_Press Service) səhifəsi yaradılıb. Nazirliyin mətbuat xidmətindən «İCTnews» elektron xəbər xidmətinə verilən məlumata görə, XİN-in “Twitter” səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin,

30/01/12 “Twitter” istifadəçilərini əsəbiləşdirib

“Twitter” mikrobloqlar şəbəkəsinin istifadəçiləri resursu boykot etməyə çağırıblar. Qeyd edək ki, cümə günü “Twitter” bir sıra ölkələrin istifadəçiləri üçün internet-məzmunun qismən bloklanması sisteminin tətbiqi haqqında bildirib, buna qədər isə şəbəkə qeyri-leqal məzmunla mübarizə haqqında “SOPA”

27/01/12 “Twitter” senzura sisteminə keçir?!

“Twitter” mikrobloqlar xidməti öz texnologiyalarını təkmilləşdirib. İndi o, istifadəçilərin hər hansı mesajlarını elə blok edə bilər ki, ona bir ölkə ərazisindən baxmaq mümkün olmasın. Bununla belə digər ölkə istifadəçiləri həmin mesaja baxa bilərlər. Bu yenilik şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

09/12/11 “Twitter” dizaynını yeniləyir (VİDEO)

“Twitter” mikrobloqlar xidməti daim inkişaf edir və təkmilləşir. “Twitter” cümə axşamı yeni dizayn versiyasını təqdim edib. Güman edilir ki, yeni dizayn xidmətdən istifadəni əhəmiyyətli dərəcədə sadələşdirəcək. “Twitter”-in yeni versiyasında 4 vərəq var: “Home”, “Connect”, “Discover” və “Me”. Həmçinin, tvitlərin yeri də dəyişib.

21/10/11 Səudiyyə Ərəbistanı şahzadəsi “Twitter” xidmətinə yüzlərlə milyon investisiya qoyacaq

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü və artıq “Citigroup” və “News Corp” kimi şirkətlərin səhmlərinə malik olan dünyanın ən zəngin investorlarından biri şahzadə Alvalid Bin Talal Alsaud öz investisiyalarını internet sahədə aktivləşdirməyi planlaşdırır. “SkyNews” nəşri bildirib ki, şahzadə Alvalid ilk addım kimi “Twitter”

29/09/11 “Twitter”in reklam gəliri niyə sürətlə artır?

“Emarketer” marketinq şirkətinin hesablamasına əsasən, cari ildə “Twitter” şirkətinin reklamdan əldə olunan gəliri 139,5 milyon dollar olacaq. Bundan əvvəl analitiklər bildirirdilər ki, “Twitter” reklamdan 150 milyon dollar gəlir əldə edə bilərdi, lakin bir sıra xidmətlərin genişlənməsi ilə bağlı ləngimələrə görə təxminən 10 milyon dollar itirəcək.

28/09/11 “Google” Londonda texnologiya mərkəzi açacaq

“Google” şirkəti Şərqi Londonda texnologiya startaplarının dəstəklənməsi və inkişafı ilə bağlı şəxsi mərkəz açmaq niyyətindədir. Buna görə şirkət Londonda 7 mərtəbəli biznes mərkəzi kirayələyib. “Google”-dan bildiriblər ki, yeni meydança ilk növbədə yeni şirkət və fərdi istehsalçılar üçün maraqlı olacaq.

28/09/11 “Google+” istifadəçilərinin sayı 50 milyonu ötüb

“Google+” sosial şəbəkəsində artıq 50 milyondan çox istifadəçi qeydiyyatdan keçib. 1 həftədən az bir müddət ərzində resursun auditoriyası 7 milyon istifadəçi artıb.

23/09/11 “Twitter” mikrobloqlar xidməti MMS də qəbul edəcək

“Twitter” mikrobloqlar xidmətinə telefondakı şəkli MMS mesaj vasitəsilə nəşr etmək imkanı əlavə edilib. Bu barədə xidmətin rəsmi bloqunda bildirilib. İstifadəçi MMS-də 120 simvoldan artıq mətn daxil edə bilməz, yeni funksiya ilə bağlı dərslikdə qeyd olunub.

22/09/11 “Twitter” sosial informasiyaları analiz edəcək

Məşhur “Twitter” mikrobloqlar xidməti sosial informasiyanın analizi üçün “Julpan” startapını aldığını elan edib. Sazişin maliyyə şərtləri açıqlanmayıb. “Julpan” startapının banisi “Google”-un keçmiş əməkdaşı Ori Ellondur . Məlumat üçün qeyd edək ki, o,

19/09/11 “Twitter” Direktorlar Şurasının 2 üzvü şirkəti tərk edir

“Twitter” sosial şəbəkəsi cümə günü şirkətin Direktorlar Şurası üzvlərinin sayının azaldığı haqqında məlumat verib. Belə ki, Direktorlar Şurasının 2 üzvü şirkəti tərk edir. Onlar riskli kapitalistlər - Bidcan Sabe və Fred Uilsondurlar. Hər iki direktor yeniləri ilə əvəz ediləcək, lakin yeni direktorların kimliyi hələ də bilinmir.

14/09/11 “Twitter”də veb-analitika xidməti yaranıb

“Twitter” şirkətinin internet biznes və hazırlamalar məsələləri üzrə direktoru Eypril Andervud yeni “Web Analytics” xidmətini təqdim edib. Xidmət “Twitter” mikrobloqlar sisteminin proqram vasitələri tərkibinə inteqrasiya edilib.

03/09/11 Erik Şmit Stiv Cobsu “Apple” şirkətinin ən yaxşı icraçı direktoru hesab edir

“Google” şirkətinin rəhbəri Erik Şmit bildirib ki, Stiv Cobs ötən 100 il ərzində “Apple” şirkətinin ən yaxşı başçısı olub.

24/08/11 Ən aktiv “Twitter” istifadəçisi olan ölkə rəhbərləri

Dünyanın ən aktiv sosial şəbəkə istifadəçisi olan dövlət başçıları müəyyənləşib. “The Digital Policy Council”in hazırladığı hesabata görə, 164 ölkənin prezident və baş nazirlərindən

06/08/11 ABŞ-da yaşlı nəsil “Google+” sosial şəbəkəsini seçir

“Bloomberg” və “YouGov” tərəfindən keçirilmiş tədqiqata əsasən yeni “Google+” sosial şəbəkəsi il ərzində ABŞ-da yaşlı nəsil arasında auditoriyasını 22% artıra bilər və bu göstərici üzrə “Twitter” və “LinkedIn”i ötə bilər.

05/08/11 Azərbaycanda "Google" serverlərinin yerləşdirilməsinə başlanılıb

Azərbaycanın ilk provayderi "Delta Telecom" DATA mərkəzində "Google" axtarış sisteminin serverlərinin instalyasiyasına başlayıb. Bu barədə şirkətin texniki direktoru Rahid Ələkbərli deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq avqustun ikinci rübündə başa çatmalıdır.

30/07/11 “Google” şirkəti İBM-in patentlərini alıb

“Google” şirkəti İBM şirkətindən patent paketini əldə edib. Saziş iyul ayında bağlanıb. Əldə edilmiş patentlər “Google” şirkətinin patent portfoliosunu artırıb. Razılaşmanın qiyməti və əldə olunmuş patentlərin sayı açıqlanmayıb.








19 Mart 2024

18 03 2024