bölmədə 675 material var

Tarix: 21/10/13 “Azərpoçt” MMC-nin rəqabət qabiliyyətli struktura çevrilməsi istiqamətində işlər aparılır

Bu gün Azərbaycanın müasir inkişaf səviyyəsində poçtu rentabelli saxlamaq çətindir. Bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin poçt müəssisələrinin özəlləşdirilməsi ilə bağlı suallarını cavablandırarkən bildirib.

Tarix: 21/10/13 Şəmkirdə yeni poçt şöbəsi açılıb

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş işlərə uyğun olaraq “Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində işlər görür.

Tarix: 21/10/13 Bir neçə poçt şöbəsi beynəlxalq pulköçürmələri sisteminə qoşulub

“Azərpoçt” MMC-nin tabeçiliyində olan Bakı, Sumqayıt, Abşeron poçt filiallarında bütün lisenziyası olan şöbələrdə “Contact” , “Migom” , “Caspian Money Transfer” Beynəlxalq pulköçürmələri sisteminə qoşulub.

Tarix: 19/10/13 “Azərpoçt”un “MasterCard” kartlarının istifadəçiləri üçün lotereyada iştirak imkanı yaradılıb

 “Azərpoçt” MMC ilə “McCann Erickson Azerbaijan” MMC arasında bağlanmış müqaviləyə əsasən “Azərpoçt” MMC-nin “MasterCard” kartlarının istifadəçiləri “MasterCard ® ilə alış-veriş edin, övladınız üçün qiymətsiz “mascot” təcrübəsi qazanın və UEFA Çempionlar Liqası oyununu canlı izləyin!” tirajlı stimullaşdırıcı lotereyasında iştirak edə bilərlər.
 

Tarix: 14/10/13 Naxçıvan MR-in poçt sistemində informasiya texnologiyalarının tətbiqi genişləndirilib

Bu gün Naxçıvan Muxtar Respublikasında  informasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, Naxçıvan rabitəsi sürətli inkişaf dövrünü yaşayır. Muxtar Respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə,  bu, poçt rabitəsinin inkişafında da müşahidə olunur.

Tarix: 10/10/13 Dünyada nə qədər poçt şöbəsi var?

9 oktyabr Ümumdünya Poçt Günü kimi qeyd olunub.

Tarix: 09/10/13 “Azərpoçt”un işçiləri üçün treninqlər keçirəcək şirkət müəyyən edilir

Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un işçiləri üçün maliyyə xidmətlərinin göstərilməsi üzrə treninqlər keçirəcək şirkətin seçimi aparılır.

Tarix: 09/10/13 Poçt işçilərinə güzəştli kredit verilir

“TuranBank” 9-14 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Tarix: 08/10/13 “Azərpoçt”un rebrendinqini həyata keçirəcək şirkət bəlli olub


Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini Hollandiyanın “Guidion” şirkəti həyata keçirəcək. Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi məhz bu şirkət olub.

Tarix: 03/10/13 Səyyar poçt xidmətlərinin göstərilməsi üçün regional poçt filialları da avtonəqliyyatla təmin ediləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını davam etdirir.

Tarix: 03/10/13 Azərbaycanın milli poçt operatoru yeni xidmət növünün tətbiqinə başlayıb

“Azərpoçt”  MMC- nin təşəbbüsü ilə ölkə əhalisinə qısa vaxt çərçivəsində yüksək səviyyədə xidmət göstərmək üçün “Mobil xidmət”  xidmət növü fəaliyyətə başlayıb.

Tarix: 02/10/13 Azərbaycan Tacikistan və Qırğızıstanla “STEFİ” sistemi üzərindən elektron pulköçürməsinə başlayacaq

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” bu ilin sonuna kimi daha iki ölkənin poçt operatorları ilə “Secured Transfer of Electronic Financial Information (STEFI)” sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Tarix: 25/09/13 Lənkəranda yeni poçt binaları istifadəyə verilib


Regionların sosial-iqtisadi inkişafına dair ikinci “Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərə müvafiq olaraq əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Sütəmurdov kəndində yeni poçt binaları istifadəyə verilib.

Tarix: 23/09/13 “Azərbaycan milli rabitəsi” marka seriyası çap olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti iki markadan ibarət “Azərbaycan milli rabitəsi” seriyasını təqdim edib.

Tarix: 17/09/13 Poçt olmayan yaşayış məntəqələrində korporativ üslublu şöbələr yaradılır

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş








26 Aprel 2024

25 04 2024