12px13px15px17px
Tarix:24/02/12

İnsan arteriyalarında hərəkət edə bilən qurğu yaradılıb (VİDEO)

“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, Stenfords Universitetinin alimləri tibbi təyinata malik qurğu təqdim ediblər. Qurğu insanın arteriyalarında hərəkət edə bilir.

Yeniliyin daxili qida mənbəyinə ehtiyacı yoxdur və bu səbəbdən analoqları ilə müqayisədə çəkisi 2 dəfə daha azdır. Cihazın idarə edilməsi və ona enerjinin ötürülməsi simsiz texnologiya vasitəsi ilə həyata keçirilir.

"Belə qurğular tibb sahəsində əsl inqilab yarada bilər" – qurğunun istehsalçısı Ada Pun qeyd edib. Onun sözlərinə görə, qurğudan həm  diaqnostika, həm də kiçik cərrahi müdaxilələrin həyata keçirilməsi üçün istifadə etmək olar.
 





EMİL




Baxış sayı: 1387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024