12px13px15px17px
Tarix:25/02/12

Virus və cəsus yazılımları kompyuterə çatmamış avtomatik dayandırılacaq

Bundan sonra virus və cəsus yazılımları kompyuterə çatmamış avtomatik dayandırılacaq. Bu yeniliyi “Trend Micro Titanium” Məhsullarının Azərbaycandakı tək distribütoru“KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsi təqdim edir. Müəssisəsinin direktoru Rizvan Osmanov “ICTnews” Elektron xəbər xidmətinə bildirib ki, “Trend Micro Titanium” antivirusları bir çox üstünlükləri ilə seçilir.

Bu antiviruslarda “Bulud” texnologiyası vasitəsilə virusların qarşısı qısa zamanda alınır və kompyuterə düşmədən məhv edilir. Amma digərlərində, əksinə, virus kompyuterə düşdükdən sonra antiviruslar işə düşür: ”“Trend Micro” güclü, sürətli və istifadəsi çox sadə bir təhlükəsizlik həllidir.

Digər anitviruslardan fərqi odur ki, keyfiyyəti isbatlanmış bu texnologiya virus və cəsus yazılımları kompyuterə çatmadan əvvəl avtomatik olaraq dayandırılır. O, internetə yönləndirilmiş ən son təhlükələrə qarşı qorumanı təımin edir.

“Titanium” həlli daim qorunma altında olmağınızı təmin etmək üçün “Trend Micronun SPN” texnologiyasını və viruslara qarşı real zamanlı axtarma xüsusiyyətini istifadə edir və davamlı olaraq dəyişən pis məqsədli proqram təhlükələrə qarşı qoruyur. Bu qoruma kompyuterin məhsuldarlığına xələl gətirmədən təmin edilir. Hazırda Android, İphone, İpad cihazları üçün də nəzərdə tutulan güclü təhlükəsizlik vasitələrimiz mövcüddur”.


HƏQİQƏT




Baxış sayı: 1518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024