12px13px15px17px
Tarix:27/03/12

Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı onlayn müraciət sistemi yaradılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart  2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Maliyyə Nazirliyində “qaynar xətt” yaradılıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar iş günləri saat 09:00-dan 18:00-dək (012)404-46-03 nömrəsinə zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilərlər.

Nazirlikdən o da bildirilir ki, bununla yanaşı, MN-in rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi (emanet_info@maliyye.gov.az) vasitəsilə də suallara qısa zamanda cavab almaq  mümkündür.





Seymur
 
 




Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024