12px13px15px17px
Tarix:05/04/12

Əmanətlərin Sığortalanması Fondunun İnformasiya Sistemi yaradılacaq

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) İnformasiya Sistemi yaradılacaq.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bir müddət əvvəl fond tərəfindən bununla əlaqədar açıq tender elan edilmişdi.

Şərtlərə görə, ƏSF üçün yaradılacaq informasiya sistemi özündə əməliyyat sistemi, hesabatların yaradılması, üzv və agent banklarda proqram təminatının fəaliyyəti  modullarını və interfeysləri əks etdirməlidir.

Artıq açıq tenderin nəticələri məlum olub. Nəticələrə görə, Türkiyə Cümhuriyyətinin “Gaia Bilgi Sistemleri Sanayi ve Ticaret LTD ŞTİ” şirkəti tenderin qalibi elan edilib.




 
CAHANGİR




Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024