12px13px15px17px
Tarix:11/04/12

Yeni robot suşi və roll hazırlaya bilir

Yaponiyanın “Suzumo Machinery” sənaye istehsalçısı Tokio şəhərində keçirilmiş “World Food and Beverage Expo” sərgisində məşhur yapon təamları olan suşi və rollun sənaye dairəsində hazırlanması üçün nəzərdə tutulmuş robot təqdim edib. Robot  yapon ərzaqlarının hazır dəstləri satılan restoran və ya supermarketlərdə də istifadə edilə bilər. Yeni “Shari” robotu müxtəlif konfiqurasiyalı 3600 rollu və içliyi "fırlada" bilir.

Mühəndislər bildiriblər ki, aşpaz tərəfindən hazırlanmış roll və robot tərəfindən hazırlanmış rollu dadına görə fərqləndirmək mümkün deyil. Robotun yeganə çatışmazlığı ölçüsünün böyük olması, həmçinin onun yemək hazırlanmasını tamamilə avtomatlaşdıra bilməməsidir.





 
EMİL




Baxış sayı: 1624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024