12px13px15px17px
Tarix:16/04/12

“Google” şirkəti cərimələnib

ABŞ-ın Rabitə üzrə Federal Komissiyası (Federal Communications Commission, FCC) “Google” şirkətini 25 min dollar həcmində cərimələyib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Google” şirkətinin “Street View” xidməti üçün panorama şəkilləri çəkən xüsusi avtomobillər bir neçə il ərzində müdafiəsiz “Wi-Fi” şəbəkələrdən qanunsuz olaraq informasiya toplayıblar. Bu hadisə 2010-cu ildə məlum olub. Nəticədə bir çox ölkələrdə araşdırmalar başlandı.

“FCC” nümayəndələrinin sözlərinə görə, “Google” istifadəçilərin icazəsi olmadan məlumatları toplayıb və işin araşdırılmasına qəsdən mane olub. “Google” şirkəti komissiyanın çıxardığı nəticəni əsassız hesab edir.




 
 
EMİL




Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019