12px13px15px17px
Tarix:17/04/12

“Skype” internet-telefoniya xidməti veb-səyyahlarda da işləyəcək

“Microsoft” korporasiyası “Skype” internet-telefoniya xidmətinin veb-səyyahlar üçün versiyasını istifadəyə verəcək. Heç bir əlavə plaqin və proqram təminatı quraşdırmaq lazım olmayacaq. Bu barədə “WP Sauce” bloqu məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası saytında 3 vakansiya haqqında elan yerləşdirib. Birinci elanda şirkət "Skype for Browsers" qrupuna proqramçılar dəvət edir. Digər elanlarda namizədlərdən “HTML5” texnologiyasından istifadə etməklə istifadəçi interfeyslərinin yaradılması təcrübəsi tələb edilir.

Vakansiyalar saytda martın 22-dən aprelin 14-dək yerləşdirilib. İki əməkdaş London ofisində, üçüncü isə Praqada işləyəcək.

Məlumat üçün bildirim ki, “Microsoft”  korporasiyası “Skype” internet-telefoniya xidmətini 2011-ci ildə 8,5 milyard dollara satın alıb. İstifadəçi “Skype” xidməti vasitəsilə əlaqə saxlamaq üçün kompyuter və ya mobil qurğuya proqram quraşdırmalıdır. “Facebook” sosial şəbəkəsinə “Skype” əsasında videoçat quraşdırılıb, lakin o da xüsusi əlavə quraşdırılmasını tələb edir.
 
EMİL




Baxış sayı: 1389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024