12px13px15px17px
Tarix:07/07/11

“Facebook” və “Skype” videoçat istifadəyə verdi

“Facebook” sosial şəbəkəsində videoçat istifadəyə verilib. Xidmətin işə salınması haqqında resurs administrasiyası dünən Palo-Alto (Kaliforniya) şəhərindəki “Facebook” qərargahında keçirilən tədbirdə məlumat verib. Videoçat səyyah daxilində icra olunur, lakin əlaqənin yaradılması üçün xüsusi genişlənmə (plaqin) qurmaq lazımdır. Videoçatda bir neçə istifadəçi eyni zamanda əlaqə saxlaya bilər. İştirakçıların maksimal sayı isə dəqiqləşdirilməyib. Videoçat “Facebook”un mətn çatı ilə inteqrasiya olunub. Zəng etmək üçün mətn çatının yuxarı panelindəki videokamera nişanına sıxmaq və ya istifadəçinin səhifəsinə daxil olub "Zəng etmək" düyməsini sıxmaq lazımdır. “Facebook” videozəng funksiyasından yaxın həftələrdə sosial şəbəkənin bütün istifadəçilərinin istifadə edə biləcəyinə söz verib. “Facebook” bu layihəni “Skype” internet-telefoniya xidməti ilə birlikdə istifadəyə verib. “Skype” və “Facebook”un birgə layihə hazırlaması haqqında şayiələr hələ iyul ayının əvvəlində yaranmışdı.
Videozəng funksiyası və qrup videoçatı, həmçinin iyun ayının 28-də istifadəyə verilən “Google+” sosial şəbəkəsində var. “Skype” xidmətində qrup videozənglərindən yalnız müəyyən məbləğ ödəyən istifadəçilər istifadə edə bilər.



Baxış sayı: 1052

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024