12px13px15px17px
Tarix:18/04/12

Rusiyada internet-auditoriyanın təxminən yarısı 25-45 yaşlı insanlardır

25-45 yaş qrupuna aid istifadəçilər Rusiyada internet-auditoriyanın təxminən yarısını təşkil edir. Bu barədə “TNS” tədqiqat şirkətinin  nümayəndəsi Ruslan Tağıyev Rusiyanın “RİF+KİB” adlı internet forumunda  məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən  bildirir ki, Tağıyevin sözlərinə görə, bu qrupa aid istifadəçilər 2008-ci ildən bəri təxminən 90 faiz artıb. Rusiyada yaşı 45-dən yuxarı olan istifadəçilər isə internet auditoriyanın 24 faizini təşkil edir.

Runetdə 12-17 yaş qrupu ən azsaylı istifadəçi qrupudur. "Onların payı cəmisi 9 faiz təşkil edir və ölkədəki demoqrafik vəziyyətə görə azalacaq" - Tağıyev qeyd edib.

“TNS” tədqiqat şirkətinin iddiasına görə, "Yandeks", “Mail.ru”, "Odnoklassniki" və "VKontakte" əvvəlki kimi runetin ən populyar resursları olaraq qalırlar.
 
EMİL 
 




Baxış sayı: 1268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024