12px13px15px17px
Tarix:28/04/12

Antivirus bazarında sabit artım müşahidə olunur

“Garthner” analitik şirkətinin məlumatına görə, kompyuter təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş proqram təminatı bazarının həcmi 2011-ci ilin nəticəsinə görə 17,7 milyard dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” şirkətinin analitiki Ruccer Kontunun sözlərinə görə, 2011-ci ildə antivirus bazarında qeydə alınmış artım istehlak və korporativ səviyyəli İT təhlükəsizlik həllərinə tələbatın artması ilə bağlıdır. "Ümumi artıma baxmayaraq, bəzi regionlarda artım 10 faiz həddini ötməyib" - ekspert bildirib və əlavə edib ki, ümumilikdə antivirus proqram təminatı bazarında sabit artım müşahidə olunur.

“Gartner” analitik şirkətinin məlumatına görə, “Symantec” şirkəti antivirus bazarının lideridir. Şirkət 2011-ci ildə məhsullarının satışından 3,65 milyard dollar qazanıb. Bu, şirkətin keçənilki göstəricisindən 17 faiz yuxarıdır. Nəticədə “Symantec” şirkətinin bu seqmentdəki payı 20,6 faizə çatıb.

“McAfee” antivirus şirkəti antivirus proqram təminatının satışlarından əldə edilən gəlirə görə ikinci yerdə qərarlaşıb. Məlumat üçün bildirim ki, 2011-ci ilin əvvəlində “İntel” korporasiyası “McAfee” antivirus şirkətini 7,68 milyard dollara satın alıb.İlk beşlikdə, həmçinin “Trend Micro”, “IBM” və “EMC” şirkətləri də yer alıblar.
 
EMİL
 




Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric