12px13px15px17px
Tarix:30/04/12

AZAL-ın gözləmə zalları “WiFi” sistemi ilə əhatə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunun Şimal Terminalında “Azərbaycan Hava Yolları”nın yalnız biznes-sinif sərnişinləri üçün nəzərdə tutulan yeni eksklüziv gözləmə zalı istifadəyə verilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir. 215 kvadratmetr sahəni əhatə edən gözləmə zalının işçi heyəti 40 nəfər biznes-sinif sərnişininə eyni zamanda xidmət göstərə bilər.

Sərnişinlərin rahatlığını təmin etmək, o cümlədən uçuşdan əvvəl vaxtın daha tez keçməsi məqsədilə bir sıra xidmətlərlə yanaşı, zal “WiFi” simsiz internet xidməti ilə tam əhatə olunub.

AZAL-ın yalnız biznes-sinif sərnişinləri həm yeni, eksklüziv gözləmə zalından, həm də pasport nəzarəti zonasından sonra yerləşən gözləmə zalından eyni zamanda istifadə edə bilərlər. Bu zalda da vətəndaşlar xüsusilə biznes-sinif sərnişinləri üçün nəzərdə tutulan bütün rahatlıqdan istifadə edə bilərlər. Burada da “WiFi” simsiz internet xidmətindən istifadə imkanları yaradılıb.




CAHANGİR




Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020