12px13px15px17px
Tarix:10/05/12

Vergi ödəyiciləri ən çox elektron xidmətlərlə maraqlanırlar

Bu ilin aprel  ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə daxil olmuş 28.708 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 16.179, avtomatik rejimdə elektron operator tərəfindən 12529 müraciət cavablandırılıb.73.541 vergi ödəyicisi mesaj göndərilməkl məlumatlandırılmışdır.

Ötən ilin aprel ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 49,5%, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı 1,4%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 8,5 dəfə artıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin Analitik informasiya şöbəsinin yaydığı məlumatda deyilir.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,4%), hesabatlar və onların doldurulma qaydaları (15,4%), vergi növləri (13,3%), qeydiyyat (12,6%), büdcə və vergi orqanının rekvizitləri (9,6%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (5,8%) barədə məlumat əldə etmək istəmişlər. Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib. 

Vergi ödəyicilərindən daxil olan sualların 99,1%-nə müfəttiş-operatorlar dərhal, 0,9%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər.  Sualların 81,8%-i Bakı şəhərindən, 12,2%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 48 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

CAHANGİR




Baxış sayı: 975

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024