12px13px15px17px
Tarix:24/05/12

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi may ayına ilk statistik göstəriciləri açıqlayıb

Azərbaycanda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın küçə və prospektlərində tıxacların qarşısını almaq məqsədilə  “yaşıl dalğa” effektini tətbiq etməyə başlayıb. Mərkəzin mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, sistem Bakı şəhərinin əsasən mərkəzi küçə və prospektlərini əhatə edib.

 Statistikada bütün fevral ayının 1 günlük ortalama göstəricisi, may ayının isə ilk 2 həftəsinin 1 günlük ortalama göstəricisi əks olunub. Belə ki, Bakıxanov küçəsində fevral ayının iş günləri üzrə statistik göstəricilərinə əsasən  avtomobillərin orta sürəti 22 km/saat təşkil edib, avtomobillərin sayı  22225 ədəd  olduğu halda, may ayının ilk 2 həftəsi üzrə  avtomobillərin orta sürəti 43.3 km/saat, avtomobillərin sayı 11048 ədəd olub.

Tbilisi prospektində fevral ayı üzrə avtomobillərin orta sürəti 36 km/saat avtomobil sayı 12496 olduğu halda may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 45.5 km/saat təşkil edib, avtomobillərin sayı isə 16089 olub.

Cari ayın ilk 2 həftəsi fevral ayı ilə müqayisədə, avtomobillərin yollarda intensivliyində artım müşahidə olunub. Bu da tıxacların müddətini xeyli azaltmış və avtomobillərin daha sərbəst hərəkətini təmin edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi - 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda  tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır. Mərkəz 2012-ci ilin aprel ayından isə “yaşıl dalğa” effektinin tətbiqinə başlayıb. Bu prinsip  işıqforların avtomatik tənzimlənməsini təmin edir və bununla da avtomobillərin işıqforlarda dayanmasını xeyli azaltmış olur.
 
CAHANGİR




Baxış sayı: 996

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024