12px13px15px17px
Tarix:12/07/11

Prezidentin sərəncamı ilə innovativ təhsil sistemi təkmilləşdiriləcək

Bakı, 11 iyul (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti Azərbaycanın iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və əhalinin rifah halının yaxşılaşmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olmuşdur.
İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir.ÇbrŞ Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq dövlətimizin başçısının bu sərəncamı ilə 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyası Milli Strategiyanın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Prezident İlham Əliyevə təqdim etməlidir.



Baxış sayı: 2379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024