12px13px15px17px
Tarix:12/07/11

“Google Talk” videoçatına tərpənməyə qarşı müdafiə quraşdırıb

“Android” (Android 3.0 və yuxarı) əməliyyat sisteminin planşet versiyaları üçün “Google Talk” proqramında kameradakı şəklin sabitləşməsi funksiyası yaranıb. Videoçatda ünsiyyət saxlayaraq, istifadəçilər planşeti tez-tez stabil olmayan vəziyyətdə saxlayırlar. Bir çoxları videozəngləri yeriyərkən edir. Əllərin titrəməsinə görə qurğu kamerasındakı şəkil qeyri-dəqiq alınır.
“Google” şəklin dəqiqliyini tənzimləməyi proqram vasitələri ilə həll edib. Bunun üçün “SRİ İnternational” şirkəti tərəfindən hazırlanmış alqoritm tətbiq edilib. “SRİ İnternational” proqramı kameradakı şəkildə istifadəçinin üzünü tanıyır və şəkli sabitləşdirir. Bu əməliyyatlar, video sonrakı ötürülmə üçün sıxılana qədər həyata keçirilir. Belə ki, şəkil daha kəskin alındığından, video daha asan sıxılır. “Google” şirkəti “Android” üçün “Google Talk” proqramında videodanışıq funksiyasını 2011-ci ilin aprel ayında elan edib.



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024