12px13px15px17px
Tarix:12/06/12

Yerli internet provayder Bakıda əhatə dairəsini genişləndirir

“Ailə TV” şəbəkəsinə daxil olan “Ailə NET” internet provayder şirkəti Bakı şəhərində öz əhatə dairəsini genişləndirir. Bir müddət öncə Bakıda genişzolaqlı yüksəksürətli internet qoşulmaları həyata keçirməyə başlayan şirkət, artıq Bakı şəhərinin bir sıra rayonlarında əhaliyə fiber-optik bazada genişzolaqlı yüksəksürətli internet xidmətləri təqdim edir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib. Onun sözlərinə görə, artıq aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal rayonları, 1-9-cu mikrorayonları daxil edilib və şirkət qısa vaxt ərzində Bakı şəhərinin ən iri rayonlarında öz şəbəkəsini qurub.

Bundan başqa, bir neçə ay öncə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən şirkət, burada da öz əhatə dairəsini genişləndirib: “Qısa zamanda “Ailə NET” Gəncə şəhərində iki filialda yerli sakinlərə yüksəksürətli internet xidməti təqim edib. Hazırda yeni binalarda qoşulmalar həyata keçirən internet provayder artıq Yeni Gəncə massivi, Gəncədə ən iri prospektlər olan Heydər Əliyev və Atatürk prospektlərində və Nizami və Cavadxan küçələrində genişzolaqlı internet xidməti göstərir.

Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz regionunda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən “Ailə NET”, 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber-optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub”.

Ə.Sultanov bildirib ki, əhatə dairəsini genişləndirən “Ailə NET” abunəçilərə güzəştli tariflər də təqdim edir. Belə ki, 4 mbit\s internet qoşulmaya görə 20 AZN abunə haqqı ödəyən abunəçilər “Ailə TV” xidmətləri və “Ailə NET” xidmətlərini birlikdə seçərlərsə, bu zaman TV və internetə görə birlikdə sadəcə 22 AZN ödəyirlər.

Qeyd edək ki, “Ailə NET”-in təqdim etdiyi fiber-optik bazada genişzolaqlı yüksəksürətli internetin üstün cəhəti sürət itkisinin olmaması, ötürülən informasiyanın həcminin yüksək olması, internet qoşulmanın keyfiyyətli olmasıdır.
 
HƏQİQƏT




Baxış sayı: 1701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2019

20 05 2019

20/05/19
“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin

20/05/19
Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifad

20/05/19
Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexan

20/05/19
Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom

20/05/19
“Huawei” smartfonları “Android” sistemini dəstəkləməyəcək

“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin “Huawei” smartfon istehsalçısının avadanlığından

20/05/19
“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezid

20/05/19
Smartfonun tez sıradan çıxmasına səbəb olan vərdişlər açıqlanıb

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smar