12px13px15px17px
Tarix:16/06/12

Kubada internet istifadəçilərinin sayı 40 faiz artıb

Dövlət tərəfindən nəzarət edilən şəbəkəyə çıxış imkanına malik kubalıların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə 40 faiz artıb,  halbuki həminki dövrdə mobil telefon istifadəçilərinin sayı 30 faiz artıb. Bu barədə hökumətin dərc etdiyi hesabatda qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Kubanın kommunist hökuməti hazırda ölkə ərazisində bütün telekommunikasiya seqmentini inhisarlaşdırıb, bundan əlavə, ölkə ərazisində əvvəlki kimi genişzolaqlı internet-çıxış yoxdur.

Qərb ekspertləri qeyd edirlər ki, ölkə ərazisində müasir kommunikasiya vasitələrinin olmaması – bu, Kubanın iqtisadiyyatı üçün mühüm maneə yaradır.
Kubanın milli statistika bürosu bildirib ki, 2011-ci ildə ölkə ərazisində internet-istifadəçilərin sayı 2,6 milyona çatıb. M

üqayisə üçün: 2010-cu ildə onların sayı 1,8 milyon təşkil edib. İnternet-istifadəçilərin əksəriyyəti yalnız Kuba intranetinə çıxış imkanına malikdir. Qeyd edək ki, dərc edilmiş hesabatda məhz "internet" ifadəsi işlədilib, hərçənd "intranet" nəzərdə tutulur, çünki Kubada qlobal şəbəkəyə çıxış imkanı yalnız hökumətin xüsusi icazəsi ilə  mümkündür.

2011-ci ildə mobil telefon istifadəçilərinin sayı 1,3 milyon təşkil edib. Müqayisə üçün: 2010-cu ildə onların sayı 1 milyon olub. Qeyd edək ki, Kubada mobil istifadəçilər də internetə çıxış imkanına malik deyillər.
Ölkə əhalisinin ümumi sayı 11,8 milyon insan təşkil edir.

Rəsmi məlumatlara görə, Kubada hazırda 783 min kompyuter mövcuddur və ya hər 1000 nəfərə 70 kompyuter düşür. Kuba ölkə ərazisində müasir texnika və kommunikasiyalara çıxış imkanının olmamasında ABŞ-ı günahlandırır. Hazırda ölkə ərazisindəki  yeganə magistral kanal Venesueladan çəkilib.
 
EMİL




Baxış sayı: 1305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024