12px13px15px17px
Tarix:28/06/12

Hindistanda "kasıblar üçün" planşetin yeni versiyası istehsal ediləcək

Hindistanda hər şeydən əvvəl tələbələr üçün nəzərdə tutulmuş büdcəyə uyğun “Aakash-2” planşet kompyuteri istehsal ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ilin oktyabrında işıq üzü görmüş orijinal “Aakash” modeli 366 MHs takt tezliyində işləyən prosessor, 256 MB əməli yaddaş, 2 QB tutumlu fləş daşıyıcı, 800×480 nöqtə təsvir ölçülü 7 düymlü sensor ekran, “Wi-Fi” adapter və 2000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. “Android 2.2” əməliyyat sistemi quraşdırılıb.

Yeni “Aakash-2” planşeti 800 MHs takt tezliyində işləyən prosessor ilə təchiz edilib. Akkumulyatorun tutumu 3200 milliamper/saata qədər artırılıb; avtonom iş vaxtı 3 saat təşkil edir. Mini-kompyuterə “Android 2.3” platforması quraşdırılıb.

“Aakash-2” planşet kompyuterinin qiyməti təxminən 40 dollar təşkil edir. Sınaq tədarükləri artıq başlanıb; ilin sonunadək 100 min planşet kompyuter tədarük etmək planlaşdırılır.
 
EMİL




Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024