12px13px15px17px
Tarix:12/07/12

Türkiyəli nazirlə azərbaycanlılar arasında birbaşa videoəlaqə yaradılıb

Türkiyə Respublikasının Əmək və sosial müdafiə naziri Faruk Çeliyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış şəraitlə, o cümlədən binada ölkənin müxtəlif bölgələri ilə distant videoəlaqə yaratmağa, yerlərdən məlumatları dərhal qəbul etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa  imkan verən VS (videokonfrans) sistemi ilə tanış olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, videokonfrans zalında nazir Faruk Çeliklə bir sıra bölgələrin sakinləri arasında birbaşa videoəlaqə yaradılıb.

Daha sonra iki qardaş ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə Ankarada keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilir. İclasın yekunlarına dair Protokol imzalanacaq.


HƏQİQƏT




Baxış sayı: 1336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024