12px13px15px17px
Tarix:13/07/12

Hakerlər interneti uşaq pornosundan xilas edəcəyinə söz verib (VİDEO)

"Anonymous" haker qruplaşması növbəti şəbəkə kampaniyasının başlanmasına start verildiyini elan edib. Onların hədəfi yetkinlik yaşına çatmamış şəxslərin erotik fotolarının yerləşdirildiyi və yayıldığı forum və sayt ziyarətçiləridir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən  bildirir ki, "YouTube" videohostinq xidmətində yerləşdirilmiş müraciətdə Qay Foks maskası taxmış şəxs səsi dəyişdirən proqram vasitəsilə müraciəti oxuyur. "Anonimuslar" müraciətdə  bildiriblər ki, onların məqsədi internetdə bu taunun yayılmasını azaltmaqdır. Hakerlər öz əməliyyatlarını #OpPedoChat adlandırıblar. Onlar fəallıq səbəbini aşağıdakı qaydada izah edirlər:

"Son zamanlar pedofillərin bir-biri ilə ünsiyyət saxlaması və fotomateriallarla bölüşə bilməsi üçün nəzərdə tutulmuş saytların sayının artması bizim diqqətimizi çəkib. Bu resurslarda uşaq pornoqrafiyası ilə alver edilir. Hətta məsum uşaqların çimərlikdə, evdə çəkilmiş fotoları erotik məzmunda təsvir edilə bilər.

Biz bəşəriyyət naminə internetdəki bütün belə materialları məhv edəcəyik. Biz bu prosesin mürəkkəb olduğunu anlayırıq və nəticənin tez əldə olunacağını da gözləmirik. Pedofillər haqqında informasiya toplanılacaq və açıq girişdə yerləşdiriləcək".

Haker qrupu bu günə kimi aşkar edilmiş pedofillərin "IP" ünvanlarını və elektron poçt ünvanlarının siyahısını artıq dərc edib.

 


EMİL




Baxış sayı: 1810

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020