12px13px15px17px
Tarix:14/07/11

“Adobe Reader” istifadəçilərinin yarısı hər an hücuma məruz qala bilər

Antivirus şirkəti “Avast” tərəfindən aparılan tədqiqat məlumatına görə, indi istifadəçilərin kompyuterlərində yüklənmiş “Adobe Reader” proqram təminatı surətlərinin yarısından çoxu hücuma meyillidirlər. Çünki istifadəçilər proqram təminatını vaxtında yeniləmir. Bir gün əvvəl şirkətin təqdim etdiyi hesabatda bildirilib ki, “Adobe Reader”in istifadə edilən 10 versiyasından 6-sı köhnədir və istifadəçilər bu məhsullarla işləyir, lakin onları yeniləmirlər. Bundan başqa, tədqiqat prosesində istifadəçilərin 20%-nin son dərəcə köhnə “Adobe Reader” versiyalarından istifadə etdiyi təyin edilib.
Müdafiə olunmayan sistemlər xüsusən ona görə zəif ola bilər ki, hücum edənlər ilk növbədə kompyuterləri köhnə və yayılmış zəifliklərə görə yoxlayırlar. Son illər hakerlərin PDF formatındakı boşluqlardan fəal istifadə etməyə başladıqlarını nəzərə alsaq, qırma riski daha da artır. “Adobe” və “Avast” istifadəçilərə və İT administratorlara proqram təminatının yeni versiyalarının çıxışını daimi izləməyi və yeni versiyalardan istifadə etməyi məsləhət görür.



Baxış sayı: 39494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024