12px13px15px17px
Tarix:30/07/12

İş axtaranlar peşə seçimi ilə bağlı onlayn testləşdirmədən istifadə edə biləcəklər

Bundan sonra iş axtaranlar peşə seçimi ilə bağlı onlayn testləşdirmədən keçə biləcəklər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərdən biri “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə”dir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu xidmət vətəndaşların peşəyönümü xidməti barədə elektron qaydada və rahat şəkildə məlumat əldə etməsini, peşəyönümü ilə  bağlı onlayn testləşdirilməni nəzərdə tutur.

Elektron xidmət isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən göstəriləcək: “Peşəyönümü xidməti barədə məlumat əldə edilməsi, eləcə də peşə seçimi ilə bağlı onlayn testləşdirmə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir. Artıq bu sahədə göstərilən xidmətlər tam avtomatlaşdırılıb. Vətəndaşlar bu xidmət vasitəsi ilə müraciət edərək qısa müddət ərzində peşə nailiyyətləri, iş axtarmaq bacarıqlarına dair  onlayn testlərdən keçmək imkanı əldə  edə bilərlər”.

Nazirlikdən bildirilib ki, elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, iş axtaran vətəndaşlara məşğulluğun təmin edilməsi, fəal vətəndaş mövqeyinə uyğunlaşdırılması ilə əlaqədar əhatəli peşəyönümü məsləhətlərinin verilməsi, əmək bazarında mövcud olan vakansiyalar və məşğulluq imkanları barədə gənclərin məlumatlandırılması, orta məktəblərin yuxarı sinif şagirdlərinin və məzunların təhsil almaq, təhsili davam etdirmək, gələcək karyeralarını qurmaq imkanları barədə məlumatlandırılması təmin ediləcək. Ödənişsiz aparılan bu xidmətin əsas istifadəçiləri Azərbaycan vətəndaşlarıdır: “Vətəndaşlar “http://www.ses.gov.az/prof/” saytı üzərindən onlayn qaydada müraciət edərək qeydiyyatdan keçirlər.

Elektron xidmətin göstərilməsi və ya imtina edilməsinə gəlincə, xidmət vasitəsi ilə vətəndaşlar məşğulluq tədbirləri, eləcə də  mövcud əmək bazarındakı vəziyyətə dair məlumatlandırılır, gənclərin qabiliyyət və peşə bacarıqlarının qiymətləndirilməsi, onların aktiv iqtisadi fəaliyyətlə məşğul olmalarına köməklik göstərilməsi məqsədi ilə onlayn rejimdə peşəkar sosial-psixoloji testləşmə aparılır. Xidmət məhdudiyyətsiz olaraq göstərilir. Xidmətin yerinə yetirilməsinə nəzarət də Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir”.

Qeyd edək ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə 11 elektron xidmətin göstərilməsi nəzərdə tutulur. Sözügedən xidmətlə yanaşı, buraya “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması”, “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu”,  “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” kimi e-xidmətləri daxildir.
 
 
Həqiqət İSABALAYEVA





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2020

22 02 2020

22/02/20
“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb

22/02/20
“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən 

22/02/20
Yaponiya Marsın peykinə kosmik zond göndərəcək

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı