12px13px15px17px
Tarix:01/08/12

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin həllində texnologiyalar vacib rol oynayacaq

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən səmərəli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaq. Bu baxımdan, tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan və respublika prezidentinin tapşırığı əsasında həyata keçirilən layihə çərçivəsində zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihəsi uğurla davam etdirilir.

Artıq avadanlığın 90 faizi gətirilib və quraşdırılır, saniyədə 230 litr içməli su istehsal etmək infrastrukturuna malik müəssisə inşa edilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, ilk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulub: “Ehtiyac artdıqca zavodun istehsal imkanları 3 ay ərzində çox kiçik maliyyə sərfi hesabına layihə gücünə çatdırıla bilər. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaq”.

ETSN-dən qeyd edilib ki, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət də davam etdirilir: “2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq beşinci ildir ki, uğurla istismar olunur. Keçən ilin sonunadək 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılıb, nəticədə 350 min nəfərdən artıq əhali keyfiyyətli içməli su ilə təmin olunub”.

Hazırda 45 min əhalisi olan daha 33 kənddə müvafiq işlər tamamlanmaq üzrədir: “Bir çox kəndlərdə elektrik gərginliyinin aşağı olması, kəndlilərin ənənəvi olaraq su götürdüyü kanallara suyun fasilələrlə verilməsi və istismar prosesində bələdiyyələrin iştirakının təmin olunması ilə bağlı problemlər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi və yerli icra orqanları ilə birgə operativ şəkildə həll olunur.

Yeri gəlmişkən, ənənəvi olaraq çox çirkli sudan istifadə edən 400 minə yaxın əhalinin təmiz su ilə təmin olunması sözügedən tədqiqatın nəticələrində də öz əksini tapıb. Belə ki, təbiətdən keçən xəstəliklərin insanların səhhətinə təsirinin azalması tendensiyalarına və templərinə görə də Azərbaycan 132 ölkə arasında birinci yeri tutub”.


HƏQİQƏT




Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

29/02/20
“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

“Google” şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf e

29/02/20
“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

“Samsung” şirkəti az enerji sərfiyyatı ilə seçilən yeni nəsil “OLED” displeylərin buraxılışına başlayıb.

29/02/20
Altı nanometrlik ilk “5G” prosessor təqdim edilib

Çinin “UNISOC” prosessor istehsalçısı “Tiger T7520” smartfonları üçün 6 nanometrlik texno

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza