12px13px15px17px
Tarix:10/08/12

“Google” dünyasını dəyişmiş əməkdaşlarının pulunu ailələrinə ödəyəcək

“Google” şirkətində çalışan əməkdaşlar dünyasını dəyişdikdən sonra axtarış sistemi onların qohumlarına pul ödəyəcək. Bu barədə “Forbes” jurnalına “Google”-un heyət üzrə direktoru Lazlo Bok bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Bok izah edib ki, “Google”-un əməkdaşı dünyasını dəyişdikdə sağ qalmış həyat yoldaşı 10 il ərzində onun maaşının 50 faizini alacaq. Dünyasını dəyişmiş işçilərin uşaqlarına hər ay 1000 dollar ödəniləcək. Ödəmələr uşaq 19 (əgər uşaq tələbə olsa, o zaman bu müddət 23-dək uzadılacaq) yaşına çatanadək davam edəcək.

Bok bildirib ki, belə ödəmələrin şirkətə heç bir xeyri yoxdur, lakin  “Google” əməkdaşlarının ailələrinə kömək etməyi vacib sayır.




 
EMİL




Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024