12px13px15px17px
Tarix:22/08/12

Güllənin qarşısını alan “Nokia X2” sahibini ölümdən xilas etdi

Özünü olduqca möhkəm və etibarlı telefon kimi göstərmiş klassik “Nokia 3310” mobil telefonu haqqında saysız-hesabsız məzəli hekayələr mövcuddur. Sözügedən model təxminən 12 il əvvəl buraxılıb və həmin vaxtdan “Nokia” şirkətində bir çox dəyişikliklər baş verib.

Bu istehsalçının telefonları olduğu kimi qalıblarmı? Məlum oldu ki, onlar hələ çox şeyə qadirdir. “ICTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən bildirilib ki, vətəndaş müharibəsi şəraitində olan Suriyada “Nokia X2” telefonunun sahibi dövlət qoşunları və qiyamçılar arasında gedən döyüşü videoya çəkərkən məsuliyyətsiz davranıb və silahlı döyüşçülərin yanlarına yaxınlaşıb. Hadisə zamanı operator mobil telefonunu sağ əlində ağız səviyyəsində saxlayırmış.

Qəfildən telefona onun sahibini öldürə biləcək güllə dəyir, lakin “Nokia X2” onun qarşısını ala biləcək qədər möhkəm çıxır. Güllə telefonda ilişib qalır, onun sahibi isə sağ-salamat qalır.

“My Nokia Blog” nəşrinin “Facebook”dakı ismarışa istinadən yaydığı bu hekayənin həqiqətə nə qədər uyğun olub-olmadığını müəyyənləşdirmək çox çətindir. Lakin əgər hər şey elə qeyd olunduğu kimi baş veribsə, bu, çox sevindirici haldır, çünki bu, o deməkdir ki, müasir cihazlar öz-özünə yanıb sahibləri üçün təhlükə yaratmaqdan başqa bəzən onların həyatlarını xilas da edə bilir.

HƏQİQƏT



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024