12px13px15px17px
Tarix:27/08/12

Əsərlərin elektron qeydiyyat xidməti sayəsində müəllifin pozulmuş hüquqlarının müdafiəsi asanlaşacaq

 “ICTnews” elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, belə qeydiyyat müəlliflərə (hüquq sahiblərinə) bir sıra üstünlüklər qazandırır.

Belə ki, əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin qeydiyyatı zamanı əsərin (ifanın) nüsxəsi depozit materialı kimi arxivdə saxlanılır, müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında  şəhadətnamə sübutedici sənəd kimi çıxış edir. Bundan başqa, əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.

Dərc edilmiş və ya dərc edilməmiş əsər (ifa) yalnız müstəsna hüquq sahibi tərəfindən qeydiyyatdan keçirilə bilər: “Əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər, yəni dərc olunmuş əsər pdf., doc. formatlarında, təsviri sənət, heykəltəraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri cpg., gif., bmp., tif., pjx. formatlarda, musiqi əsərləri mp3., mp2., wma., wav., flaj. audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə avi., wmv., mpg., vob., flv. formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır”. Ərizədə göstərilən digər sənədlər rəqəmsal şəkildə təqdim olunur.

Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi (“Kapitalbank”ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir. Qeydiyyatla bağlı yaranan suallarla bağlı agentliyin saytında yerləşdirilmiş “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”na istinad etmək olar. Yaranan suallarla bağlı (+994) 498-22-32 telefonu ilə əlaqə saxlamaq da mümkündür.


HƏQİQƏT




Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024