12px13px15px17px
Tarix:27/08/12

Yerli bank onlayn ödənişlər sistemində hədiyyə kampaniyasına start verir

“NBC Bank” “Bill Pay” onlayn ödənişlər sistemində yeni hədiyyə kampaniyasına başlayır. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə,  kampaniya çərçivəsində müştərilər hədiyyələri qazanmaq üçün bonuslar toplamalıdır.

Ay ərzində “NBC Bank”ın “Bill Pay” onlayn ödənişlər sistemində 30 000 bonus toplayan müştərilərə bank tərəfindən müxtəlif cür hədiyyələr veriləcək. Bu sistemdən istifadə edən müştəri  hər  köçürülmüş 1 qəpiyə görə 1 bonus əldə edəcək.

Xatırladaq ki, “Bill Pay” vasitəsi ilə bankın filial və şöbələrinə, poçta getmədən, günün istənilən vaxtı və istənilən məkanda heç bir komisyon haqqı ödəmədən kredit, kommunal, mobil telefon, internet provayder, kabel TV və digər ödənişləri “VISA” və “MASTER CARD”  tipli plastik kartlarla internet  vasitəsi ilə ödəmək mümkündür. 

Onlayn xidmətdən yararlanmaq istəyənlər bu linkdən (http://billpay.nbcbank.az/)  istifadə etməklə öz ödənişlərini edə bilərlər. “Bill Pay” sistemindən qeydiyyatdan keçən hər bir istifadəçi ödəniş etdiyi xidməti və müvafiq kodu 1 (bir) dəfə qeyd edir və beləliklə də gələn dəfə bu məlumatları yenidən daxil etmək zərurəti ilə üzləşmir. Həyata keçirilən bütün ödənişlər yaddaşda saxlanılır. Müştəri istədiyi zaman etdiyi ödənişlərə baxa bilər və öz ödənişləri üzrə çıxarışları çap edə bilər.                    
 
CAHANGİR




Baxış sayı: 1474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024