12px13px15px17px
Tarix:19/09/12

Xaçmaz turizm obyektləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib

Xaçmaz turizm mərkəzləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Xaçmaz Turizm İnformasiya Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, yay fəslinin başa çatmasına baxmayaraq istirahət mərkəzlərindən bir çoxunun hətta “Wi-Fi” şəbəkəsi yaradılması bura istənilən vaxt gələnlərdə xoş ovqat yaradır.

Belə istirahət mərkəzlərinə istirahətə gələn müştərilərin internetə daxil olması üçün parol verilir. Bu paroldan istifadə edən hər bir kəs yüksək keyfiyyətlə internetə daxil olub xidmətdən istifadə edə bilər.

Bundan başqa istirahət mərkəzlərinin bir çoxunda kotteclərdə telefon xidmətləri də var. Xaçmaz Telekommunikasiya Qovşağı tərəfindən Nabran istirahət zonasında CDMA simsiz rabitə şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi bu xidmətdən istifadə edənlərin sayına təsir edib. Bir çox istirahət mərkəzlərində isə “Delta Telekom” şirkətinin xidmətindən istifadə edilərək 404 indeksi ilə başlayan nömrələrlə təchiz edilib. Bakıda bu nömrələrə zəng edən müştərilərə elə Nabranda cavab verilir.

Qeyd edək ki, istirahət mərkəzlərinin bəzilərində müasir texnologiyaların tətbiq edildiyi konfrans zalı var ki, burada simsiz internet üzərindən videokonfrans rabitəsi də yaratmaq olar.

RƏVAN




Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir