12px13px15px17px
Tarix:19/09/12

“Sazz 4G İnternet”in tələbələr üçün hədiyyə kampaniyası sentyabrın 24-nə qədər davam edəcək

“Sazz 4G İnternet” şirkətinin yeni tədris ili münasibətilə elan etdiyi tələbə kampaniyası davam edir. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyada iştirak edən bütün tələbələrə “Sazz USB” modemi hədiyyə olunur.

Bunun üçün, sadəcə, abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını ödəmək kifayətdir. Kampaniyadan faydalanmaq istəyən tələbələr istənilən “Sazz 4G” satış nöqtəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi ilə birlikdə tələbə biletini və ya ali məktəbə qəbul olunduğu barədə hər hansı rəsmi sənədi təqdim etməlidirlər.

Kampaniya sentyabrın 24-nə qədər “Sazz 4G İnternet” şirkətinin Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisində və bütün “Sazz” satış nöqtələrində davam etdiriləcək.




CAHANGİR




Baxış sayı: 1366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024