12px13px15px17px
Tarix:20/09/12

Əhalinin sosial müdafiəsi mərkəzlərindən 64-ü artıq elektron imza sertifikatı ilə təmin edilib

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanının 3.1.-ci bəndinin icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır.

ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub. Xidmətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək: «Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir.

Bununla yanaşı, ƏƏSMN-ın «Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə» 2012-ci il 15 may tarixli 11/7-37 nömrəli əmrinə əsasən, ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir.

Bununla bağlı olaraq, Xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 64-ü artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir.

Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir».

SEYMUR




Baxış sayı: 452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir